Bir neçə ölkə qıtlığı aradan qaldırmaq üçün Hindistandan 1,5 milyon tondan çox buğda istəyib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə hökumətdəki mənbələrə istinadən “The Economic Times” xəbər yayıb.
“Altıdan çox ölkə Hindistandan 1,5 milyon tondan çox buğda istəyib və biz bu tələbləri necə yerinə yetirəcəyimizi araşdırırıq. Hindistan həssas ölkələrə və buğdaya ehtiyacı olan hər kəsə kömək etmək niyyətindədir”, - mənbə nəşrə bildirib.
Bu məlumata görə, buğdaya ən çox tələbat Hindistan taxılının daimi alıcısı olan Banqladeşdən gəlib.
Qeyd edək ki, Hindistan qida təhlükəsizliyinə təhdid kimi gördüyü buğda ixracını qadağan edib.