Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Türkiyəyə səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 31-də Anadolu Agentliyinin ənənəvi “Redaktor masası”nın qonağı olarkən bildirib.
Mövlud Çavuşoğlu deyib ki, səfər çərçivəsində Qara dəniz vasitəsilə buğda daşınmasına dair dəhlizin açılması da daxil olmaqla, gündəlikdə duran mühüm məsələlər müzakirə ediləcək.