Türkiyə Şimali Atlantika Blokuna daxil olmaq istəyən İsveç və Finlandiyadan lazımi addımlar gözləyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “The Economist” jurnalı üçün yazdığı məqalədə yer alıb.
“Türkiyə bu ölkələrin NATO üzvlərinin terrorla mübarizə əməliyyatlarına dəstək verməsini istəyir. Terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata qoşulmadan öncə bu faktı qəbul etməlidir. Əgər lazımi addımlar atılmasa, Türkiyə bu məsələdə mövqeyini dəyişməyəcək”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Xatırladaq ki, bir müddət öncə Finlandiya və İsveç Rusiyanın alyansa qoşulmaq üçün NATO-nun Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidentinin sözlərinə görə, bu ölkələr terrorçuları himayə edir.