İstanbulda may ayı üzrə son 95 ilin ən yüksək temperaturu qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şəhərdə mayın 29-da havanın temperaturu 34.3 dərəcə ölçülüb. Bundan əvvəl may ayı üzrə ən yüksək temperatur isə 1927-ci il qeydə alınıb.
Hidrometeoroloqlar qarşıdan gələn üç gün ərzində də hava temperaturunun yüksələcəyini bildirirlər. Əhaliyə günorta saatlarında mümkün qədər qapalı yerlərdə qalmamaları ilə bağlı xəbərdarlıq olunub.