Ermənistanda qanunvericilik islahatlarına baxmayaraq, insan alverinə məruz qalmış insanlar hələ də ədalət mühakiməsinə nail olmaqda çətinlik çəkirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu haqda Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupunun (GRETA) Ermənistanla bağlı yeni hesabatında dərc edilib. Hesabatda insan alveri qurbanlarının ədalət mühakiməsinə və səmərəli hüquqi müdafiə vasitələrinə çıxışına diqqət yetirilir.
GRETA Ermənistan hökumətindən qurbanlara daha çox məlumat verməyi, onların hüquqi və psixoloji yardıma çıxış imkanlarını yaxşılaşdırmağı, insan alverçiləri tərəfindən onlara daha asan kompensasiya almaq imkanı yaratmağı, istismar məqsədilə insan alveri cinayətlərinin səmərəli şəkildə araşdırılmasına və qurbanların reinteqrasiyasına kömək etməyi tələb edir.
GRETA hakim dairələri insan alverçiləri qurbanlarının hüquqi yardıma çıxışını təmin etməyə çağırıb. Bildirib ki, bu qurbanların əksəriyyəti qadın və qızlardan ibarətdir və onlar cinsi istismara məruz qalıblar. Ermənistanda cinsi və dilənçilik kimi istismar formaları geniş yayılıb. İnsan alveri ilə bağlı açılmış 70-ə qədər cinayət araşdırmasından yalnız cüzi hissəsi məhkəmə prosesi ilə nəticələnib. GRETA Ermənistan hakimiyyətini insan alveri cinayətlərinin bütün formalarının operativ və fəal şəkildə araşdırılmasını və bu istiqamətdə xüsusi təhqiqat üsullarından və maliyyə araşdırmaları aparılması imkanlarından istifadə olunmasını təmin etməyə çağırıb.