Birləşmiş Millətlər Təşkilatı tərəfindən xarici dillərdə “Turkey” olaraq istifadə olunan ölkə adı “Türkiye” olaraq dəyişdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Türkiyədən BMT-yə müraciət edilib.
Müraciət BMT tərəfindən qəbul edilərək təsdiqlənib. Nəticə etibarilə beynəlxalq səviyyədə ölkə adı olaraq istifadə olunan “Turkey” kəlməsi “Türkiye”yə dəyişdirilib.