Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 261 uşaq ölüb, 480 uşaq yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir.
“Uşaqların əksəriyyəti Donetskdə - 184, Kiyev vilayətində - 116, Xarkovda - 112, Çerniqovda - 68, Luqansk - 52, Xersonda - 52, Nikolayevdə - 47, Zaporojyedə - 29, Sumıdə - 17, Kiyev şəhərində - 16 və Jitomirdə - 15 xəsarət alıblar”, - Baş Prokurorluğunun məlumatında qeyd olunur.
Bundan əvvəl xəbər verilmişdi ki, hərbi əməliyyatlar başlayandan bəri 900 mindən çox uşaq Avropa İttifaqı ölkələrinə və Moldovaya gedib.