Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə “Anadolu” agentliyinə diplomatik mənbələrdən bildirilib.
Qeyd olunub ki, bütün tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüşə bilər.
Məlumata əsasən, BMT-nin koordinasiyası altında İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması planlaşdırılır.