Avropa Parlamentinin sədr müavini Katarina Barli Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etməyə çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, bu barədə “MDR Aktuell”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edir.
Katarina Barli xatırladıb ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Macarıstana görə bir neçə həftə gec qəbul edilib. Avropa Parlamentinin sədr müavini bildirib ki, qanunun aliliyini pozduğuna görə ölkənin səsvermə hüququ dayandırıla bilər.
“Xüsusən də Macarıstanda artıq demokratik və hüquqi münasibətlərdən danışmaq olmaz”.