Moldova Avropa İttifaqından olan tərəfdaşları ilə öldürücü silahların tədarükü ilə bağlı danışıqlara başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Moldovanın baş naziri Natalya Qavrilitsa “Moldova 1” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, Moldova sərhədlərini gücləndirmək üçün silah tələbi ilə avropalı tərəfdaşlarına müraciət edib.
“Təbii ki, biz Avropa İttifaqı ölkələri ilə digər dəstək növlərini də müzakirə edirik. Hələlik bunlar ilkin müzakirələrdir. Ölümcül silahlara ehtiyacımızın olub-olmamasına biz qərar veririk”, - deyə Qavrilitsa əlavə edib.