Volodimir Zelenski: Kiyevdə 50 ölkənin səfirliyi fəaliyyətini bərpa edib

A- A A+

Ukraynanın paytaxtında 50 ölkənin səfirliyi fəaliyyətini tamamilə bərpa edib.

NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video-müraciətində deyib.

“Bu, nəinki praktiki cəhətdən, həm də rəmzi mənada çox vacibdir. Paytaxtımıza qayıdan hər bir səfirlik qələbəmizə inamın sübutudur. Rusiyanın bizə qarşı apardığı müharibədə Ukrayna öz dövlətçiliyini qoruyacaq”, - deyə Volodimir Zelenski bildirib.

Prezident, həmçinin bundan sonra ölkədə fəaliyyətə başlayan səfirlərin etimadnaməsinin sadəcə Kiyevdə deyil, Ukrayna xalqının müqəddəs, tarixi və dövlətçilik mərkəzi sayılan Müqəddəs Sofiya kilsəsində təqdim ediləcəyini vurğulayıb: “Səfirlərin etimadnaməsini məhz orada qəbul etməklə biz ukraynalıların kimliyini və arxamızda dayananı nümayiş etdiririk. Bununla digər xalqların nümayəndələrinə ən yüksək ehtiramımızı bildirir, həmçinin onlardan maraqlarımıza və tariximizə eyni hörməti və səmimiyyəti gözləyirik”.

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması səbəbindən əksər xarici ölkə səfirlikləri Kiyevi tərk etmişdi. Rus ordusu aprelin əvvəlində Kiyev yaxınlığından geri çəkildikdən sonra isə diplomatik missiyalar tədricən geri qayıtmağa başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: