Elektriklə çalışan avtomobillərin istehsalı ilə məşğul olan Amerikanın “Tesla” kompaniyası sentyabrın 30-da “Optimus” adlı insanabənzər robotunu təqdim edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi ABŞ mediasına istinadla xəbər verir ki, bu barədə “Tesla” kompaniyasının qurucusu İlon Mask özünün tviter səhifəsində yazıb. “Tesla” kompaniyasının süni intellekt günü sentyabrın 30-u tarixinə keçirilib. O vaxta qədər “Optimus” adlı prototipimiz hazır ola bilər”, - deyə İlon Mask bildirib.
“Optimus” kompaniyanın prioritet olaraq üzərində çalışdığı insanabənzər robotdur. İlon Maskın fikrincə, bu robot qlobal işçi çatışmazlığını həll edə və qısa müddətli perspektivdə “Tesla” zavodunda əşyaların daşınmasında istifadə oluna bilər.