Ermənistan parlamentinin həyətində xüsusi işıq-səs qumbaraları quraşdırılıb və bina polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan məlumat yayıb. Siyasətçi baş nazirin parlamentin həyətini "Məxməri" inqilabdan sonra sadə vətəndaşların üzünə açıq elan etdiyini xatırladıb.
- İndi isə parlamentin ərazisində partlayıcı qurğular quraşdırılıb, - Manukyan deyib.
Müxalifətçi deputat polislərin daşındığı avtobuslardan da danışıb. O qeyd edib ki, belə nəqliyyat vasitələrinin kirayəsi on minlərlə drama başa gəlir.
Xatırladaq ki, bir müddət öncə müxalifət parlamentin iyunun 3-də növbədənkənar iclasının keçirilməsini təklif edib. İclasda Azərbaycan və Türkiyə ilə danışıqların müzakirə edilməsi planlaşdırılırdı.