Ermənistan müxalifəti hökumət binasını bloklayıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar Fransa meydanında mitinq keçirdikdən sonra hökumət binasına doğru gediblər.
Mitinq zamanı “Müqavimət” hərəkatının liderlərindən olan İşxan Saqatelyan müxalifətin Sayat-Nova və Nalbandyan küçələrindən keçərək hökumət binasına doğru hərəkət etdiyini açıqlayıb.