Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri yenidən müzakirə olunub.
Prezident Ərdoğan İsveç və Finlandiyanın quruma üzvlük müraciətlərində Türkiyənin təhlükəsizliklə bağlı narahatçılığının haqlı və qanuni təməllərə söykəndiyini diqqətə çatdırıb.
Hər iki ölkəni terrorçuluğu dəstəkləməkdən vaz keçməyə çağıran Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qarşı həyata keçirilən siyasətin düzgün olmadığını diqqətə çatdırıb.
NATO-nun Baş katibi Yens Stoltenberq də öz növbəsində mühüm müttəfiq olan Türkiyənin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.