“Güclü orduya sahib olmaq Türkiyə üçün seçim yox, məcburiyyətdir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə Silahlı Qüvvələrini dünyanın ən müasir ordularından biri etmək üçün addımlar atdıq. Cənub sərhədimizdə terror dəhlizini darmadağın etdik. Təhlükəsiz ərazilərə 500 min insanı yerləşdirdik. Təhlükəsizlik xəttindəki əskiklikləri yeni əməliyyatlarla tamamlayacağıq. Bu əməliyyatları diqqətlə davam etdiririk”, - o söyləyib.