Avropa İttifaqı Bosniya və Herseqovinanı seçki büdcəsini qəbul etməyə çağırıb

A- A A+

Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovina hakimiyyətini oktyabrın 2-nə təyin olunan ümumi seçkilərin keçirilməsini təmin edəcək büdcə layihəsini qəbul etməyə çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Peter Stano ölkədə seçkilərin keçirilməsinin vacib olduğunu vurğulayaraq Bosniya və Herseqovinanın Rəyasət Heyətini, xüsusən də Maliyyə Nazirliyini seçki büdcəsini gələn həftə təsdiqləməyə çağırıb. O deyib ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının maliyyələşdirilməsi üçün tez bir zamanda qərar qəbul edilməlidir.

Xatırladaq ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyəti, parlament, Serb Respublikası Xalq Məclisi, Brçko Regional Məclisi və kanton məclislərinə seçkilər keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: