Artıq bir müddətdir ki, biz özünü siyasi qüvvə kimi təqdim edən, polis əməkdaşlarına xəsarət yetirən, hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atan, onlara müqavimət göstərən xuliqan dəstəsi ilə üz-üzəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan iyunun 3-də İrəvanda baş verən insidentlə bağlı özünün feysbuk hesabında yazıb.
Deputat müvafiq qurumların baş vermiş hadisəyə hüquqi qiymət verməli olduğunu qeyd edib.
Xatırladaq ki, iyunun 3-də saat 23 radələrində İrəvanda müxalifət nümayəndələrinin hökumət binası qarşısında keçirdiyi aksiyada polislə etirazçılar arasında toqquşma baş verib. Nəticədə 60 nəfər tibb müəssisələrinə müraciət edib ki, onların da 39-u polis əməkdaşıdır.