Hörmətli Dövlət Baxçalı da söylədi, biz də dəfələrlə ifadə etdik. “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Prezidentimiz Rəcəb Tayyib Ərdoğandır. Bu qəti bir məsələdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik jurnalistləri maraqlandıran sualları cavablandırarkən deyib.
Qeyd edək ki, qardaş Türkiyədə 2023-cü ildə növbəti prezident seçkiləri keçiriləcək. Hazırda ölkənin siyasi gündəmində ən aktual məsələlərdən biri namizədlər məsələsidir.