“Ankaranın tələbləri yerinə yetirilmədikcə, İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Türkiyənin mövqeyi dəyişməyəcək”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Gözləntilərimiz doğrulmayana qədər biz NATO-nun genişlənməsi ilə bağlı mövqeyimizi dəyişməyəcəyik”, o vurğulayıb.