Prezident Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Conson ilə Ukraynanın təhlükəsizliyinə təminatların verilməsi üzrə işin intensivləşdirilməsini müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat yayıb.
“Boris Consonla söhbətim oldu. Cəbhədəki vəziyyət barədə məlumat verdim. Yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini aldım. Biz təhlükəsizlik zəmanətləri ilə bağlı işlərin intensivləşdirilməsi məsələsinə toxunduq. Ərzaq böhranının qarşısını almaq və limanları blokdan çıxarmaq üçün Britaniya ilə birlikdə yollar axtarırıq”, - deyə Zelenski əlavə edib.