Gürcüstanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı iki şübhəli hal müəyyən edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Birinci kanalına Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hallardan birində yoluxma öz təsdiqini tapmayıb, ikinci faktla bağlı aparılan araşdırmalar davam etdirilir.