Boris Conson etimad səsverməsində qalib gəlib

A- A A+

Böyük Britaniya Parlamentində Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlament qrupunda etimad səsverməsində qalib gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, B.Conson 148-i əleyhinə, 211-i isə lehinə olmaqla səsvermədən qalib ayrılıb.

Nəticələr Ser Qrem Bredi tərəfindən Baş Nazir Boris Consona məruzə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin əməkdaşı Syu Qrey tərəfindən aparılan daxili araşdırma nəticəsində 2020-2021-ci illərdə koronavirus məhdudiyyətləri zamanı Boris Consonun iqamətgahında keçirilən ziyafətlər barədə məlumatın ortaya çıxması hazırkı Baş nazirə qarşı narazılığı artırıb. O, ziyafətlərdən birinə qatıldığı üçün cərimə ödəyərək üzrxahlıq etsə də, müxalifətin tələbi ilə istefa verməyib və heç kimi işdən çıxarmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: