Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) mütəxəssisləri, xüsusilə "Akıncı" zərbə pilotsuz uçuş aparatlarına inteqrasiyası planlaşdırılan “hava-hava” tipli raketlərin yaradılması layihəsini həyata keçirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, TÜBİTAK-ın Müdafiə Sənayesi Tədqiqat İnstitutunun direktoru Gürcan Okumuş "Anadoluya" müsahibəsində yeni sursatların gələcəkdə digər PUA-lara da inteqrasiya oluna biləcəyini söyləyib.
"Hava-hava raketləri insanlı və pilotsuz təyyarələr üçün vacibdir və çox vaxt uzun məsafədən hədəfləri vuran "hava qılıncları" adlanır. Ölkələr bir-birlərini bu cür yüksək texnoloji həlləri ixrac etmək istəmirlər və bəzən bunu ümumiyyətlə etmirlər", - o bildirib.
Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesində ciddi irəliləyişlər əldə edib və artıq əhəmiyyətli texnologiyalara malikdir.
Bəzi sahələrdə Türkiyə ilk 5-də, bəzilərində isə ilk onluğa daxildir, Okumuş vurğulayıb.