Rusiya ərzaq ehtiyatlarından inkişaf etməkdə olan ölkələrə qarşı gizli silah kimi istifadə edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib.
O bildirib ki, Rusiyanın bu addımı dünyada ərzaq qiymətlərini artırır, insanları yoxsulluğa sürükləyir, eyni zamanda sabitliyi pozur.
Şarl Mişelin sözlərinə görə, Rusiya ərzaq böhranına görə məsuliyyət daşıyır: "Rusiya taxıl anbarlarını hədəfə alır, işğal etdiyi ərazilərdən taxıl oğurlayır".