Mariupoldakı “Azovstal” zavodunda həlak olan ukraynalı hərbçilərin cəsədləri Kiyevə gətirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi “Azovstal” Ailələrinin Müdafiəsi Assosiasiyasına istinadla məlumat yayıb.
“Azov” Alayının patronaj xidməti həkimlərlə birlikdə meyitləri müayinə və təsvir edib.
"Həlak olanların cəsədləri arasından üçdə biri “Azov” alayının döyüşçüləridir. Digər cəsədlərin hansı bölmələrə aid olduğu dəqiqləşdirilir", - deyə məlumatda qeyd edilib.