Ermənistanın İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlarla bağlı həbs edilənlər var.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən bildirilib.
"İğtişaşların təşkilatçılarının və iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı 15 nəfər təqsirləndirilən şəxsin qismində cəlb edilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
İyunun 3-də etirazçılar Ermənistan hökumətinin binasını bağlayıblar. Daha sonra nümayişçilər baş nazirin iqamətgahından çıxışları bağlamağa çalışıblar. Nəticədə polislə qarşıdurma yaranıb.