Nyu-York qubernatoru Keti Hokul son bir neçə həftə ərzində kütləvi insan tələfatı ilə nəticələnən atışmalardan sonra ştatın silah satışı ilə bağlı qaydaları sərtləşdirən qanunvericilik paketini imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paketdə odlu silah alqı-satqısındakı boşluqların aradan qaldırılmasına dair məsələlər öz əksini tapıb.
"Silah zorakılığı ölkəmizi parçalayan bir epidemiyadır. Nyu-Yorkda biz öz ştatımızın sakinlərini qorumaq üçün cəsarətli addımlar atırıq”, - deyə K. Hokul bildirib.
Paketə daxil edilən digər bir qanun layihəsi də silah almaq istəyən şəxslərin ən azı 21 yaşında olmasını tələb edir.