Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir

A- A A+

Ukrayna şəhərlərini və hərbi obyektlərini Rusiyanın raket hücumlarından qorumaq üçün İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini almaq istəyir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.

Onun sözlərinə görə, ABŞ belə bir razılaşmaya müdaxilə etməyəcək: “Bizim İsrailin köməyinə ehtiyacımız var. Yəni bizim hərbi-texniki dəstəyə ehtiyacımız var. Bizə “Dəmir günbəz” lazımdır. Bu bizə dinc qadın və uşaqlarımızı Rusiyanın raket hücumlarından xilas etməyə imkan verəcək”, - Korniyçuk vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: