Ukraynada müharibə başlayandan bəri Moldovada xarici vətəndaşlar tərəfindən 2,6 milyondan çox sərhəd keçidi qeydə alınıb ki, bunun da yarısı ukraynalılardır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, həmçinin bu müddət ərzində Moldovanın Miqrasiya və Sığınacaq İdarəsinə 7700-dən çox müraciət daxil olub və onların 88 faizi Ukraynadan olan qaçqınlar tərəfindən verilib.
Moldova hökuməti ölkədə qalan Ukrayna vətəndaşlarına kömək etmək üçün lazım olan addımlar atır.