Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniyanın kansleri Olaf Şolts arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadan taxılın ixracının təmin edilməsi məsələsi müzakirə olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Almaniya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Zelenski və Şolts Ukraynadakı müharibəni və humanitar vəziyyəti müzakirə edib, Ukraynaya dəstək göstərilməsi yolları ilə bağlı fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.