Rusiya tərəfi Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini türkiyəli tərəfdaşları ilə koordinasıyada təmin etməyə hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə RF xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz Ukrayna limanlarından çıxan, boğazlarda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etməyə hazırıq. Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”, - Lavrov belə deyib.
Rusiyalı nazirin sözlərinə görə, məsələnin həllində əsas problem Ukrayna limanlarının minalardan təmizlənməsində Kiyevin göstərdiyi inadkarlıqdır, əgər onlar öz münasibətlərini dəyişsələr, Rusiya tərəfdən hər hansı mürəkkəblik yaranmayacaq.