İstanbulda Aviasiya, Kosmos və Texnologiya Festivalı, Texnologiyalar Festivalının (TEKNOFEST) açılışı olub.
NUHÇIXAN xəbər verir ki, İstanbulun üçüncü Yeni Hava Limanında təşkil olunan festivalda Türkiyənin qabaqcıl texnologiyaları, o cümlədən aviasiya və elektronika şirkətlərinin istehsal və istifadə etdikləri məhsul və avadanlıqlar nümayiş etdirilir. Sentyabrın 23-dək davam edəcək festivala 100 mindən çox ziyarətçi qatılacaq.
Qeyd edək ki, festival münasibətilə Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları” sentyabrın 19-da İstanbul boğazının səmasında möhtəşəm uçuşlar həyata keçiriblər.