“BYD” bazar dəyərinə görə “Volkswagen”i qabaqlayaraq dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi “ixbt.com”a istinadla xəbər verir ki, Çinin üç nömrəli avtomobil istehsalçısı “BYD” bir nömrəli avtomobil istehsalçısı “Tesla”nı dartma batareyaları ilə təmin edəcək.
Xatırladaq ki, indiyədək “Tesla”nı batareya ilə avtomobil istehsalçıları olmayan LG, Panasonic və CATL təmin edirdi.
Əvvəllər “BYD”nin “Tesla”nın tədarükçüləri arasında olacağı ilə bağlı şayiələr var idi, lakin bunun rəsmi təsdiqi yox idi. Bu günlərdə “BYD”nin icraçı vitse-prezidenti Lian Yubo Çin Mərkəzi Televiziyasına verdiyi müsahibədə iki sənaye flaqmanının əməkdaşlığını təsdiqləyib, "Biz Elon Musk ilə yaxşı dostuq" deyib.