Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri 165 minə yaxın Ukrayna vətəndaşı Türkiyəyə gəlib. Bu günə olan məlumata görə, təxminən 70 faiz, yəni 115 min ukraynalı artıq Türkiyəni tərk edib.
NUHÇIXAN İnformasiya Agentliyi “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bodnar məlumat verib.
Səfirin sözlərinə görə, fevralın 24-dən indiyədək 165 minə yaxın Ukrayna vətəndaşı Türkiyəyə daxil olub, onlardan 115 min nəfəri artıq gedib.
"Bunlardan bəziləri Ukraynaya qayıdıb, bəziləri başqa ölkələrə sığınacaq axtarmağa gedib. Qalanların təxminən 50 min nəfəri Antalyada, Alanyada, İstanbulda və qismən də Ankarada məskunlaşıb", - deyə diplomat əlavə edib.