Avropa Parlamenti Avropa İttifaqına Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib.
NUHÇIXAN İnformasiya Agentliyi "Ukrinform"a istinadən xəbər verir ki, Avropa Parlamentinin sözügedən qətnaməsinin lehinə 438 deputat, əleyhinə isə 65 deputat səs verib, 94 deputat isə səs verməyib.
Avropa Parlamenti Aİ Şurasına “Versal Bəyannaməsi Ukraynanın Avropa istəklərini və Aİ-yə üzvlük müraciətini tanıdığı ilə razılaşmağı, eləcə də Ukrayna xalqı ilə həmrəyliyin aydın siyasi siqnalı kimi ona Aİ-yə namizəd statusu verilməsini tövsiyə edib.
Sözügedən qətnamədə "Moldova və Gürcüstanın Avropa istəkləri" də qeyd olunur. Bu ölkələr, məlum olduğu kimi, ərizələrini Ukraynadan sonra veriblər. Bununla belə, qətnamədə namizəd statusunun verilməsi ilə bağlı tövsiyələr yoxdur.