ABŞ Senatının Xarici Əlaqələr Komitəsi cümə axşamı yekdilliklə NATO-nu Finlandiya və İsveçi tez bir zamanda alyansa qəbul etməyə çağıran qətnamə qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə komitənin üzvü Cim Riş bildirib.
Onun sözlərinə görə, Komitənin bu qətnaməni qəbul etməsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına ikipartiyalı dəstəyin, Alyansın gücləndirilməsinin vacibliyinin sübutudur.
"Finlandiya və İsveçin çoxəsrlik siyasi və hərbi ənənələri bu ölkələri hərbi-siyasi bloka qoşulmaq üçün ideal namizədlər edir. Yaxın vaxtlarda ABŞ Senatı bu ölkələrin köməyi ilə alyansın genişləndirilməsi ilə bağlı da qətnamə qəbul edəcək", - Cim Riş bildirib.