Geniş tərkibli nümayəndə heyətinə rəhbərlik edən Venesuela Prezidenti Nikolas Maduro İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın sanksiyalarına məruz qalan hər iki ölkənin prezidentləri əlaqələrin inkişafını müzakirə edəcəklər. İran mətbuatının verdiyi xəbərlərə görə, iki ölkə arasında enerji və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanacaq.