Ukrayna və Rusiya arasında növbəti dəfə əsir və girovların dəyişdirilməsi prosesi həyata keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, Nikolayev rayonunun kənd rəhbəri Oleq Pilipenko və 4 mülki şəxs əsirlikdən azad edilib.
"Mübadilə “4-ə 5", (Rusiyadan dördü, Ukraynadan beşi) düsturuna əsasən icra olunub", - deyə V.Kim bildirib.