Yunanıstanın Türkiyənin rəhbərlik etdiyi "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuzluqla nəticələnib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, "EFES-2022" təlimlərində 37 ölkənin nümayəndəsi iştirak edib, Afina onların yarıdan çoxundan manevrlərdə iştirak etməməyi xahiş edib:
"“Efes-2022” təlimlərində iştirak edənlərin demək olar ki, heç biri, o cümlədən ABŞ Yunanıstanın təlimlərdə iştirakdan imtina etmək çağırışına məhəl qoymayıb".
Türkiyə dövlət başçısı əlavə edib ki, "EFES-2022" təlimləri Türkiyə millətinin nəyə qadir olduğunu hamıya göstərib.