Bu il bir sıra ölkələrdən, xüsusilə, İran və Fransadan Ermənistana gələn turistlərin sayı kəskin azalıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cari ildə ölkənin turizm potensialını dəyərləndirən “Joqovurd” qəzeti yazır.
Ölkəsinin “başlıca strateji partnyor” hesab etdiyi Fransa isə turizmin inkişafı üçün “əsas donorlardan biri” hesab edilsə də, bu ölkədən Ermənistana gələnlərin sayındakı azalma isə nəşri təəccübləndirib.
Üstəlik, qəzet rəsmi mənbədən onu da dəqiqləşdirə bilib ki, İran İslam Respublikasından Ermənistana gələn turistlərin sayı xeyli azalıb. Əgər ötən ilin yanvar-mart aylarında İrandan Ermənistana 18,7 min nəfər səfər edibsə, bu rəqəm ilin eyni dövründə 9,5 min nəfər təşkil edib.