Selçuk Bayraktar “Qızıl alma”nın ilk boyalı şəklini ictimaiyyətə təqdim edib - FOTOLAR
“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Türkiyənin müdafiə sənayesi üzrə istehsal planına daxil olan Döyüş Pilotsuz Təyyarə Sistemi (MİUS) “Qızıl alma”nın ilk boyalı şəklini ictimaiyyətə təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Selçuk Bayraktar şəkili özünün rəsmi tviter hesabında paylaşıb.
Qeyd edək ki, aqressiv manevrləri və qabaqcıl süni intellekti ilə “Qızıl alma”nın gələcəkdə döyüş meydanında ölkənin təhlükəsizlik qüvvələrinin ən güclü ünsürləri arasında yer alacağı düşünülür.
Yeni vasitə Türkiyənin inşa etdiyi "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağına malik gəmilərdə eniş və qalxma qabiliyyətinə malik olacaq. Bununla da “Qızıl alma” ölkə xaricindəki missiyalarında mühüm rol oynayacaq.