“Rusiya qoşunları Slavyansk və Severskə hücuma hazırlaşır”.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində yazıb.
“Slavyansk istiqamətində düşmən əsas səylərini hərbi birləşmələrini Slavyanska qarşı hücuma hazırlığa cəmləşdirir. Onlar Paseka-Boqorodiçnoe istiqamətində hücum əməliyyatları aparır. Üstəlik, Boqorodiçnoenin şimal-qərb hissəsində möhkəmlənməyə çalışır. Liman istiqamətində isə qoşunları yenidən qruplaşdırır, döyüş sursatı və yanacaq ehtiyatlarını artırır”, - Ukrayna Baş Qərargahı vurğulayıb.