İtaliyada yoxa çıxan helikopterin qalıqları və beş nəfərin cəsədi tapılıb

A- A A+

İtaliyada üç gün əvvəl yoxa çıxan helikopterin qalıqları tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Toskana və Emilia-Romanya bölgələri arasında radarlardan itən helikopterin qalıqları Apennin dağlarında aşkarlanıb. 1922 metr yüksəklikdə helikopterin qalıqları ilə yanaşı, 5 nəfərin cəsədi də tapılıb.

Xatırladaq ki, iyunun 9-da radarlardan itən helikopterin göyərtəsində bir italyan pilot, dörd türk və iki livanlı olmaqla ümumilikdə yeddi nəfər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: