Türkiyə ölkədə miqrant sayının azaldılması məqsədilə həyata keçirəcəyi yeni tədbirlər planını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.
Bildirilib ki, plana əsasən, iyulun 1-dən etibarən Türkiyə üzrə məhəllələrdə məskunlaşan əcnəbi nisbəti ümumi əhali sayına görə 25 faizdən 20 faizə endiriləcək. Bundan əlavə 1200 məhəllədə əcnəbi qeydiyyatı dayandırılacaq.
Suriyadan Türkiyəyə gələnlər düşərgələrə yerləşdiriləcək, sonra isə geri göndəriləcəklər.
Bildirilib ki, Ramazan bayramında olduğu kimi, Qurban bayramında da vətənlərinə gedən suriyalıların Türkiyəyə qayıtmalarına icazə verilməyəcək.