İyulun 11-də günorta saatlarından sonra Türkiyə paytaxtı Ankarada yağan güclü leysan və yaranmış sel böyük problemlər yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çankaya rayonunun Kırkkonaklar bölgəsində tunelləri və yeraltı keçidləri su basıb.
Şəhərin əksər səmtlərində nəqliyyatın hərəkətində problem yaranıb. Sel basan əraziləri daşqın su və çirkabdan təmizləmək üçün tədbirlərə başlanılıb.
Rəsmi məlumata görə, ölkənin digər yerlərində də sel və daşqınlar başda olmaqla əlverişsiz hava şəraiti müəyyən çətinliklər yaradıb.