Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyi türk mediasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Türkiyənin şərqindəki Van şəhərində gənclərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, danışıqların mövzusu Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhlizin yaradılması layihəsinin həyata keçirilməsi olacaq.
“Gələn həftə biz Putin və Zelenski ilə danışıqlar apararaq, “taxıl dəhlizi” məsələsində hansı addımları atacağımızı müzakirə edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.