Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti çərçivəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.
"Bu marşrutları inkişaf etdirmək üçün əlimizdən gələni edirik", - o, bildirib.
Senik qeyd edib ki, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.