Paytaxt Ankara başda olmaqla, Türkiyənin əksər bölgələrində əlverişsiz hava şəraiti davam edir. Leysan, sel və daşqınlar böyük fəsadlar törədib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mürəkkəb havanın yaratdığı risklərlə əlaqədar iyunun 13-də Ankarada orta təhsil müəssisələri üçün bir günlük tətil elan edilib. Bu barədə Ankara valisi Vasip Şahin tviter hesabından məlumat paylaşıb.
Qeyd edək ki, bu gün Ankarada güclü leysan və sel təhlükəsi gözlənildiyindən əhaliyə diqqətli olmaq üçün xüsusi xəbərdarlıq edilib.