Həcc ziyarətinə gedən zəvvarlar üçün yeni mobil tətbiq hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, “ağıllı zəvvar” adlanan texnoloji yenilik ziyarətə gələcək qrupların rəhbərləri ilə əlaqə yaradaraq hər hansı qayda pozuntusu və ya şikayətlər barədə müvafiq qurumlara operativ məlumat çatdıracaq.
Nazirliyin rəsmisi Hişam Seyid jurnalistlərə müsahibəsində bildirib ki, builki Həcc mövsümündə zəvvarlara daha yaxşı xidmət göstərilməsi məqsədilə smart kart xidmətlərindən geniş şəkildə istifadə olunacaq. İlk dəfə həyata keçiriləcək texnoloji yenilik sayəsində sözügedən tətbiqi telefonuna yükləyən zəvvarlar qarşılaşdığı problemlər haqqında məlumat verəcək və onların şikayətlərinə dərhal baxılacaq. Bu məqsədlə nazirliyin nəzdində xüsusi qrup da yaradılıb.
Müvafiq texnoloji tətbiqin istifadəyə verilməsi ideyası ötən ay Mədinədə keçirilən 21-ci Həcc və Ümrə Elmi Forumunda irəli sürülüb.